• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məşğələlərin davamlı keçirilməsi qərqra alınıb

Məşğələlərin davamlı keçirilməsi qərqra alınıb

Yazar Ismayilli
//
04 oktyabr 2016
//
//
Oxunub 301
//
Əhən
İsmayıllının siyasi-ideoloji və sosial həyatında əvəzsiz rolu olan “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi ucqar dağ kəndi olan Əhəndə - son illərin uğurlu layihələrindən olan klubda keçirilib. Məşğələdə kənd sakinləri ilə yanaşı qonşu Brovdal, Çandahar, Zarat, Qoydan, Həftəso kəndlərinin nümayəndələri də iştirak ediblər.
Məşğələlərin davamlı keçirilməsi qərqra alınıb
Məşğələlərin davamlı keçirilməsi qərqra alınıb
“Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda 21 sentyabr 2016-cı il tarixdə keçirilən məşğələni giriş sözü ilə “Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov açıb. Dövlət qulluğu veteranı Valeh Salehov mövzu ilə əlaqədar təhlili məruzə edib.
Tədbirin davamını aparan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qeyd edib ki, rayon İcra Hakimiyyətinin rəhbərliyi ideoloji işi, mənəvi quruculuğu, Heydər Əliyev siyasətinin davamında hər bir rayon sakininin fəal iştirakı üçün şərait yaradılmasını fəaliyyətinin əsasında görür. Bunun nəticəsidir ki, müstəqilliyin bəhrələrini İsmayıllılar son illər daha çox müşahidə edirlər. Cənab Prezident İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı görülən işlərdən razı qalması hamımızı sevindirib, hamımızda yeni səfərbərlik yaradıb.
S.Əhmədova sonra sözü Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiliyə verib.
Məşğələdə Əhən kənd ümumi orta məktəbinə yenicə təyinat almış gənc müəllim Səbinə Bağırovanın, əmək veteranı Gülxıs Şərifovanın, RİH başçısının Əhən İƏD-i üzrə nümayəndəsi Vüqar Bəşirovun çıxışları dinlənilib.
Məktəbli Mina Şirinova ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Məşğələdə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov iştirak ediblər.
Məşğələ yekunlaşdıqdan sonra Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. İştirakçılar hər iki tədbirdən məmnun qaldıqlarını bildiriblər.
Gülər Baxışova
Qalacıq
İsmayıllının şimal-qərb zonasında yerləşən Sumağallı, İstisu, Çayqovuşan, Qalacıq kəndləri ölkəmizin dövlət müstəqilliyi əldə edib, onu daha da möhkəmləndirən illərdə, xüsusilə son zamanlarda əsil yüksəliş dövrünü yaşayır. Sumağallı və İstisu kəndlərindən keçən asfalt yol Qalacığa çatdırılıb. Hər üç kənddə çoxsaylı yeni, müasir evlər tikilib, istirahət məkanları yaradılıb, abadlıq işləri görülüb.
Məşğələlərin davamlı keçirilməsi qərqra alınıb
Sumağallıda yeni uşaq bağçası tikilib, enerji təchizatında zona smart-kart sistemi ilə işləyir. “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları Göyçay çayının buradan keçən hissəsində tikilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki stansiyanın açılışını edib.
Bunlar barədə 22 sentyabr 2016-cı il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin qeyd olunan kəndlərin nümayəndələrinin iştirakı ilə Qalacıqda keçirilən məşğələsində ətraflı danışılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda təşkil olunan məşğələni ətraflı giriş nitqi ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Dövlət qulluğu veteranı Valeh Salehov mövzuya dair məruzə edib, dövlət müstəqilliyimizə əbədilik xarakteri verən ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Qalacıq kənd tam orta məktəbinin tarix müəllimi Bədir Bədirov, Sumağallı kənd tam orta məktəbinin fizika müəllimi Arzu Mirzəyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış ediblər.
“Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirovla yanaşı rayonun bir sıra müəssisə rəhbəri məşğələnin fəal iştirakçısı olub.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii kollektivi açıq havada konsert proqramı ilə çıxış edib.
Bu qəbildən olan tədbirlərin yerlərdə davamlı olaraq keçirilməsi qərara alınıb.
Nəsimi Teymurov
Qalagah
İsmayıllı rayonunun ictimai-siyasi, sosial-iqtisadi, ideoloji həyatında çox böyük əhəmiyyət kəsb edən “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri tək Heydər Əliyev Mərkəzində yox, bir müddətdir ki, idarə heyətinin sədri professor Mirdaməd Sadıqovun təklifi ilə yerlərdə təşkil olunur.
24 sentyabr 2016-cı il tarixdə məktəbin “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunu öyrənən məşğələsi Qalagah kəndində keçirilib. Buraya Soltankənd, Mollaisaqlı və Hacıhətəmli inzibati ərazi dairələrindən dinləyicilər dəvət olunub.
Qalagah kənd mədəniyyət mərkəzində keçirilən məşğələni giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən danışıb.
Mövzuya dair dövlət qulluğu və təhsil veteranı Valeh Salehov məruzə edib, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dövlət quruculuğundan, dövlət müstəqilliyinin təmin edilməsi və ona əbədilik xarakteri verilməsi yollarından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanı regionda aparıcı ölkəyə, beynəlxalq miqyasda söz sahibi etməsinə yönəlik siyasəti məruzədə geniş əksini tapıb.
Hacıhətəmli kənd İƏD üzrə nümayəndə Nazim Ağakişiyev, Uştal kənd tam orta məktəbinin direktoru Qeys Fərmayılov, Mollaisaqlı İƏD üzrə nümayəndə Həşim Həşimov və başqaları mövzu ilə bağlı əhatəli çıxışlar ediblər.
Rayon mədəniyyət və turizm şöbəsinin bədii kollektivinin mövzu ilə səsləşən konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Şeirlər söylənib, sazda el havaları ifa olunub.
İnsanlarla görüşün ən səmərəli yolu olan belə tədbirlər yerlərdə, eləcə də Qalagah kəndində razılığa səbəb olub.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, mərkəzi xəstəxanın baş həkimi Aydın Əsədov, mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov böyük istəklə tədbirdə iştirak ediblər.
G.Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!