• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Avropa İttifaqının nümayəndə heyəti İsmayıllıda

Avropa İttifaqının nümayəndə heyəti İsmayıllıda

Yazar Ismayilli
//
04 oktyabr 2016
//
//
Oxunub 267
//
Avropa İttifaqı nümayəndə heyyəti peşə təhsili və təlimi ilə əlaqədar regionlara səfəri çərçivəsində 28 sentyabr 2016-cı il tarixdə İsmayıllıya gəlib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Xidməti şöbəsinin müdüri, British Council nümayəndəsi, Avropa İttifaqının Bakı ofisinin rəhbəri, QHT rəhbərləri nümayəndə heyyəti ilə İsmayıllı Peşə Tədris Mərkəzində olublar.
Avropa İttifaqının nümayəndə heyəti İsmayıllıda
İlk görüş də elə burada keçirilib. İsmayıllı Peşə Tədris Mərkəzi yarandığı ilk gündən Avropa İttifaqının, British Konsulluğun və Təhsil Nazirliyinin birgə layihəsi üzrə fəaliyyətə başladığını və hal-hazırdada 5 qrupun həmin layihə əsasında tərtib olunmuş proqramlarla tədrisini davam etdirdiyini direktor Zaur Muradov diqqətə çatdırıb.10 müəllimin bu layihə əsasında təhsil aldığını gələn qonaqların diqqətinə çatdırdı. Mərkəzin direktoru Zaur Muradov çıxışında İsmayıllı Peşə Tədris Mərkəzini illər üzrə bitirən şagird kontingenti və məzunlarının işlə təmin olma faizlərini gələn qonaqların diqqətinə yetirib. Qonaqlar İsmayıllı Peşə Tədris Mərkəzində təhsil alanlar üçün yardılmış bütün şəraitlə tanış olub.
Nümayəndə heyəti sonra rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüb. Nəticələr müzakirə olunub. Yaradılmış şəraitə və səmimi qəbula görə qonaqlar rayon rəhbərliyinə təşəkkür ediblər.
G.Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!