• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirilib

Əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirilib

Yazar Ismayilli
//
04 oktyabr 2016
//
//
Oxunub 415
//
28 sentyabr 2016-cı il tarixdə Təzəkənd kəndində əhalinin şəxsi əmlakının sığortalanması istiqamətində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə ictimaiyyətinin nümayəndələri, ziyalılar və Təzəkənd kənd orta məktəbinin yuxarı sinif şagirdləri iştirak edib.
Əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək ölkəmizdə həyata keçirilən sığorta siyasətindən, eləcə də rayonumuzda əhalinin sığortaya cəlb olunması ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə danışıb.
Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov Azərbaycan Respublikasının sığorta siyasəti ilə əlaqədar mövcud qaydalardan, normativ-hüquqi aktlardan, bu sahədə olan yeniliklərdən ətraflı söhbət açıb və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!