Prezidentin səfəri qarşıda duran vəzifələri müəyyənləşdirib » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Prezidentin səfəri qarşıda duran vəzifələri müəyyənləşdirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib.Prezidentin səfəri qarşıda duran vəzifələri müəyyənləşdirib
Prezidentin səfəri qarşıda duran vəzifələri müəyyənləşdirib
Respublikamızın rəhbəri cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə beş dəfə İsmayıllıya səfər edib. Son üç il yarımda ölkə başçısının 3 dəfə İsmayıllıya gəlməsi, görülən işləri dəyərləndirməsi, bir sıra sosial-iqtisadi xarakterli, mədəniyyət, səhiyyə, təhsil obyektlərinin açılışını etməsi onun nəticəsidir ki, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələri İsmayıllıda məsuliyyətlə icra olunur, dövlət siyasətinə sədaqət göstərilir, xalqa xidmət fəaliyyətin əsas istiqaməti kimi götürülür.
10 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfəri bölgəyə 10-20 illərin inkişafını gətirməklə yanaşı, həm də perspektiv layihələrin və onların icra yollarının müəyyənləşdirilməsi baxımından xarakterik olub.
Velosiped istehsalı zavodunun açılışı zamanı ölkə başçısı rayon ictimaiyyəti nümayəndələri ilə görüşərkən xalçaçılığın, fındıqçılığın, arıçılığın, ümumilikdə kənd təsərrüfatının inkişafı, torpaqlardan daha səmərəli istifadə olunması, turizmin gəlirli sahəyə çevrilməsi, elektrik enerjisi istehsalının artırılması, kiçik ailə təsərrüfatlarının yaradılması ilə əlaqədar tapşırıqlar verib.
Rayon icra hakimiyyəti bütün bu məsələlərin icrasını təmin etmək məqsədilə 31 avqust 2016-cı il tarixdə fəallar yığıncağı çağırıb.
Yığıncağı giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təklifi ilə iştirakçılar Prezidentin 10 avqust səfərinə həsr olunmuş video-filmə baxıblar.
Mirdaməd Sadıqov daha sonra qeyd edib ki, təqdim olunan cari və perspektiv layihələr möhtərəm Prezident İlham Əliyev tərəfindən bəyənilib və o, həmin layihələrin icrasına dəstək verəcəyini bildirib. Geniş təfsilata varmadan demək istərdim ki, Prezident İlham Əliyevin səfər zamanı verdiyi tapşırıqlarla – xalçaçılığın, sahibkarlığın, fındıqçılığın və arıçılığın, ümumilikdə kənd təsərrüfatının, sənayenin, ailə təsərrüfatlarının inkişafı və yenilərinin yaradılması, baramaçılığın, tütünçülüyün bərpası ilə əlaqədar tədbirlər planı və fəaliyyət proqramı hazırlanıb.
“Günəş-park” istirahət və əyləncə mərkəzi orjinallığı ilə diqqəti cəlb edir. “Zəngəzur” istirahət mərkəzi istirahət və əlillərin bərpa mərkəzi kimi istifadəyə veriləcək. Burada son tamamlama işləri gedir. Qalınçaq ərazisində ildə 1000 ton ət istehsal edəcək hind quşu fabrikinin, 1500 başlıq Keyvəndi heyvandarlıq kompleksinin, suvenirlər-farfor zavodunun, meyvə-tərəvəzin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.
Ə.Xəqani küçəsində 172 nəfərin işləyəcəyi xalça fabrikinin, Heydər Əliyev prospektində üçulduzlu beşmərtəbəli otelin tikintisinə başlanıb. Yeni infrastruktur layihələri daha çox diqqət mərkəzindədir və onların icrası üçün bütün rayon ictimayyəti səfərbərdir. Bu səfərbərliyin hər günü onunla nəticələnir ki, yeni-yeni kiçik və ya böyük həcmli istehsal-emal müəssisələri yaradılır, iş yerləri açılır, sahibkarlıq fəaliyyəti genişlənir, təhsildə uğurlar qazanılır. Şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Ağalətif Lətifov 700 bal, 28 nəfər 600-700 arası bal toplayıb. Ali məktəblərə qəbul olunanların sayı 300 nəfərə çatıb.
Prezident İlham Əliyevin bölgələrə səfərləri, hər bir sərəncamı insanlara sevinc bəxş edir, onların ölkə, vətən, bölgə naminə məsuliyyətini artırır.
Səfərdən dərhal sonra İsmayıllı şəhərindəki 26 çoxmənzilli yaşayış binasının əsaslı təmiri üçün 3 milyon manat vəsait ayrılması tək həmin binada yaşayanların yox, bütün rayon sakinlərinin sevincinə səbəb olub. Bu sevinci hər kəs ölkə rəhbərinin şərəfli ünvanına göndərdiyi minnətdarlıq məktubları ilə izah edir.
Möhtərəm Prezidentin səfəri, insanlara göstərdiyi səmimiyyət və hörmət hər kəsi sabaha, gələcəyə tam ümidli edib. İndi hər bir İsmayıllı sakini fəxr edir ki, Prezident İlham Əliyevin böyük dəyər verdiyi, arxa durduğu, tükənməz qayğı göstərdiyi bir bölgədə yaşayır.
Fəallar yığıncağında çox gərəkli, müasir dövrün tələblərinə uyğun çıxışlar oldu. “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin direktoru, akademik Arif Həşimov, “Zəngəzur” istirahət və əlillərin bərpa mərkəzinin icraçı direktoru İlham Abbasov, “Günəş-park” istirahət və əyləncə mərkəzinin icraçı direktoru Sərxan İsgəndərov, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, aqronom-fermer Akif Əsədov çıxış etdilər. Hər bir çıxış edən tədbir iştirakçısı mənsub olduğu fəaliyyət sahəsi ilə bağlı İsmayıllının gələcək inkişaf potensialını və perspektiv inkişafını şərh etdi. Enerji istehsalının artırılması və qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə əlaqədar dəyərli fikirlər söyləndi.
Milli Məclisin deputatı Novruz Aslanov rayonun inkişafından doğan sevinclə çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin İsmayıllıda görülən işlərdən razı qalması bizi qəlbən sevindirir, qürurlu edir, dövlət siyasətinə sədaqətli olan bir bölgənin sıravi sakini kimi hər birimizin mənəvi dünyasını Prezidentimizə minnətdarlıq hissi ilə doldurur.
Təqvim bayramları, günləri ilə bir-birini təbrik etmək ildə bir-iki dəfə hamıya qismət olur. Lakin möhtərəm Prezidentimiz İlham Əliyevin görülən işlərdən razı qalması, rayon rəhbərliyinin fəaliyyətini bəyənməsi ən böyük hədiyyədir, bayramdır. Bu münasibətlə hamınızı təbrik edirəm.
Ağsu-İsmayıllı dairəsindən Milli Məclisə deputat seçilmiş Tahir Kərimli və soydaşlarının uğurlarına sevinən əməkdar incəsənət xadimi Baba Vəziroğlu da çıxışlarında oxşar fikirlər söylədilər.
Ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar tədbirlər planı və Prezident İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllıya etdiyi səfərin yekunları ilə bağlı fəaliyyət proqramı qəbul edildi.
Sonda fəallar yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Qulluqçuları günündə rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fəallar yığıncağında medalı R.Ağayevə təqdim edib.
Rövşən Ağayev bu yüksək dəyərə, təltifə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq edib, Mirdaməd müəllimə və bütün fəallara bu təltifə çatmaqda ona dəstək olduqları, xidmətini qiymətləndirdikləri üçün təşəkkürünü bildirib.
Valeh Salehov,
Dövlət qulluğu veteranı
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter