İsmayıllıda “Təhsil bayramı” qeyd edilib » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İsmayıllıda “Təhsil bayramı” qeyd edilib

İsmayıllının təhsil işçiləri, rayon ictimaiyyəti təhsil sahəsində qazanılan uğurları, əldə olunan nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” kimi qeyd edir. Bu il də avqust ayının 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Təhsil bayramı” təntənəli şəkildə qeyd olunub.
İsmayıllıda “Təhsil bayramı” qeyd edilib
İsmayıllıda “Təhsil bayramı” qeyd edilib
İsmayıllıda “Təhsil bayramı” qeyd edilib
İlk olaraq İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, şair Baba Vəziroğlu və digər ziyalılar ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Məzunların, tələbələrin, şagird və müəllimlərin, rayon ziyalılarının, qonaqların, bütövlükdə İsmayıllı ictimaiyyətini əhatə edən bu tədbir təhsilimizin uğurlarından xəbər verən bir el şənliyini xatırladıb.
Yüksək səviyyədə təşkil olunmuş bayram tədbiri rəsmi və bədii hissədən ibarət olub.
Rəsmi hissədə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, şair Baba Vəziroğlu çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkə rəhbəri İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı, rayonda təhsil sahəsində qazanılan uğurlu nəticələr barədə danışıblar, İsmayıllı təhsilinin respublikada öncül fəaliyyətini diqqətə çatdırıblar. İsmayıllı rayon təhsil sistemində son illər qazanılan diqqətəlayiq nəticələrdən bəhs edən natiqlər bu uğurları ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı milli təhsil strategiyasının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, ötən dərs ilində rayon üzrə tam orta məktəbləri 885 nəfər bitirib. Ali məktəblərə sənəd verən 530 nəfərin 293 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında 1 nəfər - Ağalətif Lətifov 700 bal, 28 nəfər 600-dənyuxarı, 46 nəfər isə 500-600 arası bal toplayıb. 3 nəfər isə oxuduqları tam orta məktəbi qızıl medalla bitirib.
Bayram tədbirində 600-dən çox bal toplayan abituriyentlərə planşet dəstləri hədiyyə edilib. Habelə ali məktəblərə yüksək balla qəbul olunan 74 abituriyentin hamısı qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bayram şənliyi konsert proqramı ilə çay süfrəsi kənarında yekunlaşıb.
Elnarə Qasımova
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter