• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rayon birinciliyinə start verilib

Rayon birinciliyinə start verilib

Yazar Ismayilli
//
16 sentyabr 2016
//
//
Oxunub 361
//
12 sentyabr 2016-cı il tarixdə Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya-İdman Kompleksinin birgə təsdiq etdiyi ƏsasnamƏyə uyğun olaraq XXXI Olimpiya oyunlarında qazanılan uğurlara həsr edilmiş yeniyetmə və gənc idmançılar arasında cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilib.
Rayon birinciliyinə start verilib
Rayon birinciliyinə start verilib
Yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünü təbliğ və inkişaf etdirilmək, yeniyetmə və gənclər arasında bu idman növü üzrə ən güclü idmançıları müəyyənləşdirməkdən ibarətdir. Yarışın hakimi Şəfaqət Bayramov tədbiri açıq elan edib. Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Cüdo Federasiyasının Regionlar üzrə Nəzarət Komitəsindən Tərlan Poladov, Federasiyanın yarışlar üzrə təşkilat komitəsinin sədr müavini Şamil Sövzəliyev çıxış edərək idmançılara uğurlar arzulayıblar. Yarış 13 sentyabr 2016-cı il tarixinədək davam edib.
Taleh Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!