• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Görüşlər ənənə şəklini alıb

Görüşlər ənənə şəklini alıb

Yazar Ismayilli
//
01 sentyabr 2016
//
//
Oxunub 517
//
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun yerlərdə əhali ilə davamlı görüşlər keçirməsi artıq ənənə şəklini alıb. Gündəlik işini rayon əhalisinin sosial problemlərinin həllinə istiqamətləndirən başçı Mollaisaqlı kəndinin sakinləri ilə görüşüb.
Görüş zamanı vətəndaşlar respublikadakı sabitliyə, regiondakı hərtərəfli inkişafa görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
 Görüşlər ənənə şəklini alıb
 Görüşlər ənənə şəklini alıb
Əsas məşğuliyyətləri maldarlıq və əkinçilik olan kənd sakinləri çıxışlarında ərazidəki sosial problemlərə diqqət çəkiblər. Bəlli olub ki, kənddaxili elektrik dirəklərinin dəyişdirilməsi, elektrik transformatorunun təmiri və ya daha güclüsü ilə əvəz olunması vacib məsələlərdəndir.
Kənddə tibb məntəqəsi, uşaq bağçası, poçt şöbəsi, folklor evi, yerli icra hakimiyyəti üçün binaların tikilməsi də çıxışlarda xahiş olunub.
Çıxış edənlər bildiriblər ki, kənddə subartezian quyusunun qazılması və su anbarının tikilməsi də sakinlərin rahatlığına səbəb olar.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə verilən yardımların münasib vaxta düşməməsi də müzakirə mövzusu olub. Qarşıdakı təsərrüfat ilində taxılçılıqda daha uğurlu nəticələrin əldə olunması üçün 150 tondan artıq yüksək reproduksiyalı toxumluq buğdanın əldə olunmasına ehtiyac olduğu
bildirilib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!