• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hər bir vətəndaş firavan yaşamalıdır

Hər bir vətəndaş firavan yaşamalıdır

Yazar Ismayilli
//
01 sentyabr 2016
//
//
Oxunub 485
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalagah kəndində sakinlərlə görüşüb.
Görüşün keçirilməsində məqsəd ərazidə əhalinin güzaranı ilə maraqlanmaq, mövcud problemlərin aradan qaldırılmasında onlara yardım göstərmək olub.
Hər bir vətəndaş firavan yaşamalıdır
Burada əhalinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Cari ildə sahələrdən yüksək məhsul əldə edən kənd sakinləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıq ediblər. Kəndə asfalt yol çəkilişindən sonra yaşayış tərzlərində nəzərəçarpan irəliləyişin olduğunu xüsusilə qeyd edən sakinlər çatışmazlıqları da açıqlayıblar. Belə ki, hazırda sakinlər üçün ən böyük problem evlərində mavi yanacağın olmamasıdır. Çıxışların hər birində bu məsələ önə çəkilib.
İçməli su təchizatının yaxşılaşdırılması, yararsız hala düşmüş 30 ədəd elektrik dirəyinin dəyişdirilməsi də günün vacib məsələləri kimi səsləndirilib.
RİH başçısı M.Sadıqov bildirib ki, hər bir Azərbaycan vətəndaşının rahat, firavan yaşaması üçün dövlət səviyyəsində gündəlik iş aparılır. Mövcud problemlər də tezliklə həllini tapacaqdır.
Bu məqsədlə başçı aidiyyəti idarə rəhbərlərinə müvafiq göstəriş və tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!