• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Sənətkarlıq bazarı” ilə tanışlıq

“Sənətkarlıq bazarı” ilə tanışlıq

Yazar Ismayilli
//
01 sentyabr 2016
//
//
Oxunub 465
//
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını, turizm infrastruktunun genişlənməsini, İsmayıllı rayonuna gələn əcnəbi qonaqların və əhalinin asudə vaxtının səmərəli təşkilini, milli dəyərlərimizin, xalq sənətkarlığının yaşadılmasını, öyrənilməsini, folklor nümunələrinin təbliğ olunmasını nəzərə alaraq İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə “Sənətkarlıq bazarı” yaradıb.
“Sənətkarlıq bazarı” ilə tanışlıq
“Sənətkarlıq bazarı”nda hər gün sənətkarların əl işlərinin sərgisi, musiqi proqramları, folklor qruplarının çıxışları həyata keçirilir. “Sənətkarlıq bazarı” əsasən yerli əhaliyə və rayona gələn yerli və xarici turistlərə xidmət edir.
18 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İsmayıllı rayonunda olub və “Sənətkarlıq bazarı”nda sərgilərlə, eləcə də özfəaliyyət kollektivləri ilə tanış olub.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!