• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili

Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili

Yazar Ismayilli
//
01 sentyabr 2016
//
//
Oxunub 250
//
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili
Dini icma sədrlərinin, imam və axundların, dini ayinlərin icraçılarının, ictimaiyyət nümayəndələrinin, ağsaqqal və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Rövşən Ağayev açıb.
Geniş məruzə ilə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı radikalizmlə mübarizədə dini icmaların rolu və fəaliyyəti barədə konkret həyati faktlar əsasında danışıb. Qeyd edib ki, radikal dini cərəyanlara qarşı ciddi mübarizə ilahiyyat elminə əsaslanmaqla, dövlət mövqeyində sabit dayanmaqla aparılmalıdır.
Məruzəçi dünyanın bir çox ölkələrində milli, dini zəmində münaqişlərin baş alıb getdiyi bir vaxtda Azərbaycanda tolerantlıq və multikultural dəyərlər hökm sürdüyünü, dini radikalizm və ekstremizimlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğini, tolerant və multikultural ənənələrimizin təşviqinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, “Cümə” məscidinin imamı Şahzadə Bilalov çıxış edərək deyib ki, İsmayıllıda dini durum sabitdir, qeyri-ənənəvi, radikal dini cərəyan və təriqətlərə qarşı mübarizə düşünülmüş qaydada, qanuni əsasda aparılır. İcmaların fəaliyyəti getdikcə yaxşılaşır. Lakin ilahiyyat elmini, Quranı dərindən mənimsəyən, haqqı müdafiə etməyi bacaran dini kadrlara daha çox ehtiyac var.
Sonda Komitə sədrinin birinci müavini sualları cavablandırıb.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!