• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gənclər yad meyillərdən qorunmalıdır

Gənclər yad meyillərdən qorunmalıdır

Yazar Ismayilli
//
01 sentyabr 2016
//
//
Oxunub 435
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq avqustun 19-da Təzəkənd kəndində “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın və multikulturalizmin məkanıdır” mövzusunda yığıncaq keçirilib.
Gənclər yad meyillərdən qorunmalıdır
Təzəkənd, Yeniyol, Qaraqaya, II Yeniyol kənd ictimaiyyəti nümayəndələrinin, dindarların, gənclərin və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, multikulturalizim və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu, bu sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Radikalizmə, qeyri-ənənəvi təriqət və dinlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.
Təzəkənd kənd orta məktəbinin direktoru Elxan Bədəlov, müəllimlər Ağalar Bədəlov, Hacalı Səlimov, kənd icra nümayəndəsi Feyruz Kərimov, dini ayinlərin icraçısı Mehman Babayev və başqaları çıxış edərək dinlərarası münasibətlər, dini maarifləndirmənin zəruriliyi, tolerantlıq və multikultural dəyərlərin müasir aspektləri, radikalizm, ekstremizm, islamafobiyaya qarşı güclü mübarizə tədbirlərinin həyata keçirilməsi barədə məlumat verib, gənclərin yad meyllərdən qorunmasının zəruriliyini vurğulayıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Fitnə” filmi nümayiş etdirilib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!