Məktəblilərin şəhərin təmizliyində rolu » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Məktəblilərin şəhərin təmizliyində rolu

30 avqust 2016-cı il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbir “Məktəblərin və Uşaq Yaradıcılıq Dərnəklərinin şəhərin təmizliyində rolu” layihəsinə əsasən təşkil olunub.
Məktəblilərin şəhərin təmizliyində rolu
Maarifləndirmə təlimi missiyası daşıyan tədbiri giriş nitqi ilə açan “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin sədri Vaqif Əliyev tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. O, çıxışı zamanı mövcud təhlükəli sənaye tullantıları, onların insan orqanizminə təsiri və bu tullantıların zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər haqqında danışıb.
Ardınca toplantı iştirakçılarının fikirləri dinlənilib. Ekoloji problemlərin həlli yolları müzakirə edilib. Müzakirə iştirakçıları mövzunun aktuallığını qeyd edib, konkret təkliflər irəli sürüblər. Dəyirmi masa iştirakçılarının təklifi ilə bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.
Sonda rayon məktəblilərinə ekologiyanın çirkləndirilməməyi üçün təşkil olunmuş maarifləndirmə məqsədi daşıyan video film nümayiş etdirilib.
Elnarə Qasımova
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter