• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Minnətdarlıq məktubu

Minnətdarlıq məktubu

Yazar Ismayilli
//
15 avgust 2016
//
//
Oxunub 427
//
İsmayıllı Rayon Elektrik Şəbəkəsinin ofis binasının istifadəyə verilməsi münasibətilə bir qrup veteran və ziyalı “Azərişıq” ASC-nin sədri Baba Rzayevə minnətdarlıq teleqramı göndərib.
Yerlərdən gələn müraciət, məktub, arzu və təkliflərə çox həssaslıqla yanaşan “Azərişıq”ın rəhbərliyi aşağıdakı məzmunda məktubu rayonun veteranlar şurasını göndərib.
Məktubda deyilir:
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş və uğurla davam etdirilən Dövlət Proqramları və meqalayihələr əsasında bütün ölkə üzrə olduğu kimi İsmayıllı rayonun sosial-iqtisadi inkişafı və genişləndirilməsi istiqamətində də irimiqyaslı tədbirlər həyata keçirilir. “Azərişıq” ASC tərəfindən şəhərin enerji təsərrüfatında aparılan yenidənqurma işləri, o cümlədən İsmayıllı Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikintisi ölkə üzrə aparılan geniş quruculuq və abadlıq işlərinin tərkib hissəsidir.
İsmayıllı rayonunun enerji təsərrüfatında aparılan yenidənqurma işləri və bu tədbirlər çərçivəsində Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi ilə əlaqədar əməkdaşlarımızın fəaliyyətini yüksək dəyərləndirdiyiniz üçün “Azərişıq” ASC-nin rəhbərliyi adından Sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Xalid Təhməzov,
İnsan Resursları Departamentinin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!