• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şəhər məhəlləsində görüş

Şəhər məhəlləsində görüş

Yazar Ismayilli
//
15 avgust 2016
//
//
Oxunub 516
//
2 avqust 2016 –cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı şəhərinin Yuxarıbaş məhəlləsinin sakinləri ilə görüşüb. Son bir neçə ildə şəhər ərazisinə daxil edilmiş adı çəkilən ərazidə aparılmış abadlıq işlərinə görə dövlətə, prezident İlham Əliyevə minnətdarlıq edən sakinlər mövcud problemlər barəsində danışıblar.
Şəhər məhəlləsində görüş
buradakı səliqə-sahmana görə də bu işdə zəhməti olanların ünvanına xoş sözlər deyiblər.
Görüşdə bugünün narahatlığı kimi mövcud olan məsələlərdən söz açan şəhər sakinləri diqqətə çatdırdıqları çatışmazlıqların da tezliklə öz həllini tapacağına ümidvar olduqlara əminlik ifadə ediblər.
Çıxış edənlər dövlətə və dövlətçiliyə sədaqətli olduqlarını bildirməklə qarşıya qoyulan, Vətənin inkişafına, güclənməsinə xidmət edən tədbirlərdə fəal iştirakçı olacaqlarını söyləyiblər.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!