• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Basqalda görüş-qəbul

Basqalda görüş-qəbul

Yazar Ismayilli
//
15 avgust 2016
//
//
Oxunub 403
//
05 avqust 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqal qəsəbəsində qəsəbə sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir. Görüş-qəbulda M.Sadıqov sakinlərə respublikada və rayonda görülmüş işlər, eləcə də görüləcək işlər barədə geniş məlumat vermişdir. Daha sonra sakinlərin müraciətləri dinlənilib, qeyd olunan məsələlərlə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib.
Basqalda görüş-qəbul
Sakinlər əsasən qəsəbədə xəstəxana tikilməsini, VII əsrdə tikilmiş qədim hamamın təmir olunmasını, bazar meydanında yarımçıq qalan tikililərin başa çatdırılmasını, qəsəbənin su təminatının yaxşılaşdırılmasını, qəsəbədə təmizliyin təmin olunmasını, yeni iş yerlərinin açılmasını və bankomat quraşdırılmasını xahiş etmişlər. Qəsəbənin problemləri ilə tanış olduğunu bildirən rayon rəhbəri ölkə rəhbərinin tapşırığı və təsdiq olunmuş Dövlət Proqramlarına əsasən bütün problemlərin mərhələli şəkildə həll olunacağını bildirmişdir.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!