• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 170 nəfərə daimi iş yeri

170 nəfərə daimi iş yeri

Yazar Ismayilli
//
15 avgust 2016
//
//
Oxunub 262
//
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetininin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xalçaçılıqla əlaqədar demişdir: - “Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.
170 nəfərə daimi iş yeri
“Azərxalça” ASC İsmayıllı üçün xarakterik olan bu gəlirli sənət növünün sənaye əsasında istehsalının təşkili məqsədilə şəhərin Əfzələddin Xaqani küçəsində yeni xalça fabriki binasının tikintisinə başlayıb.
Dövlət investisiya qoyuluşu ilə başa gələcək obyekt üçün 0,48 hektar torpaq sahəsi ayrılıb. Bunun 1204 kvadratmetri tikinti altına gedəcək. Toxuçuluq zalı 440 kvadratmetrdən ibarət olacaq. Layihədə müasir sərgi və konfrans salonları, yeməkxana, digər məişət obyektləri də nəzərdə tutulub.
Fabrikdə 170 nəfər xalçaçı özünə daimi iş yeri tapacaq.
Bu da dövlət tərəfindən vətəndaşların sosial-iqtisadi həyatını daha da yaxşılaşdırmaq naminə həyata keçirilən çox səmərəli tədbirlərdən biridir.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!