• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Beş mərtəbəli otel tikilir

Beş mərtəbəli otel tikilir

Yazar Ismayilli
//
15 avgust 2016
//
//
Oxunub 404
//
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonların özünümaliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması və infrastruktur müəssisələrinin yaradılması barədə tapşırıq vermişdi.
Beş mərtəbəli otel tikilir
Hakimiyyətinin rəhbərliyi qeyd olunan məqsədə xidmət edən sərəncam - iş adamına Heydər Əliyev prospektində özünə məxsus torpaq sahəsində (RX0855044 saylı şəhadətnamə) otel tikməyə razılıq verib. Artıq işə başlanıb.
Şəkildə gördüyünüz otelin 1336 kvadratmetr sahəsinin 1000 kvadratmetri tikinti altına düşür. Bina zirzəmi və beş mərtəbədən ibarət olacaq. 43 nömrəli oteldə başlanğıcda 30-35 nəfər İsmayıllı sakini işləyəcək. İnvestisiyanın həcmi 3,5 milyon manatdır.
Rayon İcra Hakimiyyəti bu kimi tədbirlərlə dövlət tərəfindən rayona verilən dotasiyanı azaltmaq və tədricən özünümaliyyələşdirməyə keçmək üçün çalışır.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!