• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Rayon İcra Hakimiyyətinin başcısı cənab Mirdaməd Sadqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başcısı cənab Mirdaməd Sadqova

Yazar Ismayilli
//
01 avgust 2016
//
//
Oxunub 651
//
Hörmətli cənab Sadıqov!
Sizinlə görüşmək imkanı və qonaqpərvərliyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. İsmayıllı haqqında təqdim etdiyiniz faydalı məlumatlar İsrail və İsmayıllı arasında gələcək əməkdaşlıq sahələrini tədqiq etməyə imkan yaratdı.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başcısı cənab Mirdaməd Sadqova

Müavinləriniz - xanım Sevil Əhmədovaya və cənab Mahmud Süleymanova, Lahıc qəsəbəsi üzrə nümayəndəniz Fikrət Haqverdiyevə və qəsəbə bələdiyyəsinin sədri Rövşən Əliyevə səfərin təşkilində göstərdikləri kömək və dəstəyə görə təşəkkürümü bildirirəm.
Azərbaycan hökuməti iqtisadiyyatın diversifikatiyasına, xüsusilə də kənd təsərrüfatı sektoruna üstünlük verdiyindən bu bölgəyə səfər böyük əhəmiyyət kəsb edir. Bu baxımdan İvanovka səfəri İsmayıllı əhalisinin bu sahənin inkişafına göstərdikləri ciddi münasibət və öhdəliyinin gözəl nümunəsi idi.
Lahıc səfəri mənim üçün çox xüsusi idi. Mən bu unikal yaşayış məskənini daha da inkişaf etdirmək və bu gözəl bölgəyə daha çox turist cəlb etmək üçün həyata keçiriləcək layihələrlə bağlı planlar barədə geniş məlumat əldə etdim.
Ümid edirəm ki, İsrail şirkətləri yerli sənaye şirkətləri və müəssisələri ilə əlaqələrin qurması imkanlarını tədqiq edəcəklər.
Fürsətdən istifadə edərək İsmayıllı rayonunun daha da inkişaf etməsi üçün etdiyiniz bütün səylərinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə:
Dan Stav,
səfir

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!