• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Birinci yarımilin nəticələri müzakirə olunub

Birinci yarımilin nəticələri müzakirə olunub

Yazar Ismayilli
//
01 avgust 2016
//
//
Oxunub 424
//
21 iyul 2016-cı il tarixdə RİH-nin akt zalında “İsmayıllı rayonunun birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb və məruzə edib. (Məruzənin mətnini qəzetin 2-6-cı səhifələrindən oxuya bilərsibiz).
Birinci yarımilin nəticələri müzakirə olunub
Birinci yarımilin nəticələri müzakirə olunub
Suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənovun, rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov və Dövlət Qaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin çıxışları dinlənilib.
86 saylı İsmayıllı seçki dairəsini təmsil edən Millət Vəkili Novruz Aslanov rayonun sosial-iqtisadi inkişafından, RİH başçısı ilə birgə problemlərin həlli, yeni layihələrin icrası üçün çalışdıqlarından, müasir dövrdə hər bir rayon sakininin qarşısında duran vəzifələrdən ətraflı danışıb. Birgə fəaliyyətin bundan sonra daha yüksək səmərə verəcəyini bildirib.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yekun sözü söyləyib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!