• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Medal şəhidin ailəsinə təqdim olunub

Medal şəhidin ailəsinə təqdim olunub

Yazar Ismayilli
//
01 avgust 2016
//
//
Oxunub 467
//
İsmayıllı rayonunun Maçaxı kəndində boya-başa çatmış, Sumqayıt Dövlət Universitetinin məzunu Vahabzadə Mikayıl Yaqub oğlu 2-5 aprel 2016-cı il tarixlərdə Böyük qələbə uğrunda gedən döyüşlərdə, Vətənin bütövlüyü uğrunda zəfər yürüşündə şəhid olmuşdu.
Medal şəhidin ailəsinə təqdim olunub
Şəhidin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” medalının təqdimat mərasimi Heydər Əliyev Mərkəzində olub.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani medalı Vahabzadənin ailəsinə təqdim edib.
Şəhidin babası Akif Mustafayev qəhrəmancasına döyüşən, torpaqlarımız uğrunda canından keçən hərbi xidmətçilərə yüksək dəyər verdikləri üçün ölkə Prezidentinə, Müdafiə Nazirliyinə, bütün xalqımıza minnətdarlığını bildirib. Yaşından asılı olmayaraq özünün də döyüşə hazır olduğunu deyib.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi sədrinin birinci müavini Kamil Şirinov mərasimdə çıxış edib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!