• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Görülən işlərə qiymət verildi

Görülən işlərə qiymət verildi

Yazar Ismayilli
//
19 iyul 2016
//
//
Oxunub 1141
//
1918-ci il iyul ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk polis bölümünün yaradılması haqda qərar qəbul edib. 1998-ci il 24 may tarixində isə ulu öndər Heydər Əliyev həmin tarixin Polis İşçiləri Günü kimi elan edilməsi barədə Fərman imzalayıb və həmin gündən etibarən 2 iyul Azərbaycanın Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı, Polis İşçiləri Günü kimi qeyd olunur.
Görülən işlərə qiymət verildi
Görülən işlərə qiymət verildi
Sevimli peşə bayramları günündə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Telman Ağasıyev başda olmaqla RPŞ-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişdir.
Peşə bayramları günündə rayonun asayiş keşikçiləri onlar üçün, müasir memarlıq üslubunda tikilmiş və iki il əvvəl istifadəyə verilmiş inzibati binanın akt zalına, təntənəli bayram tədbirinə yığışıblar. Şəxsi heyətin üzvləri ilə bərabər tədbirdə rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri və polis işçiləri əlamətdar günə həsr olunmuş tədbirdə iştirak ediblər.
RPŞ-nın rəisi Telman Ağasıyev şəxsi heyəti bayram münasibəti ilə təbrik edib. Bildirib ki, möhtərəm Prezidentimizin xüsusi qayğısı ilə əhatə olunmuş Daxili İşlər Orqanlarında fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə görülən əhəmiyyətli işlər müvəffəqiyyətlə davam etdirilir.
Tədbirdə iştirak və çıxış edən, Dövlət siyasətini, prezident İlham Əliyevin tapşırıqlarını uğurla həyata keçirən İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov RPŞ-nın əməkdaşlarından diqqət və qayğısını əsirgəmədiyini vurğulayıb. O, şəxsi heyətin rayonda ictimai asayişin qorunmasında göstərdiyi xidmətə yüksək qiymət verib. Bunun bariz nümunəsi kimi, şöbənin bir qrup əməkdaşına İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Peşə bayramları günündə İsmayıllıda çalışan polis əməkdaşlarını rayon prokuroru Ülvi Abbasov təbrik edib.
Tədbirin sonunda olunan təbriklərə görə təşəkkür edən rəis T.Ağasıyev görülən işlərə verilən qiyməti gələcəkdə polis əməkdaşlarının öz vəzifələrinə daha məsuliyyətlə yanaşacağına zəmanət kimi dəyərləndirib.
Tədbirdə işdə olan nöqsanlardan danışılmasa da, onların mövcudluğu və aradan qaldırılması barədə də fikirlər səslənib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!