• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova!

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova!

Yazar Ismayilli
//
01 iyul 2016
//
//
Oxunub 725
//
Bu yaxınlarda, mənim və Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun nümayəndələrinin Azərbaycana səfəri zamanı Sizin, Yeni Azərbaycan Partiyasının, eləcə də ölkənizin bütün əlaqəli şəxsləri tərəfindən böyük nəvazişlə qarşılandığımıza görə ürəkdən təşəkkürümü bildirirəm.
Azərbaycanın valehedici inkişafının ən yeni vəziyyətini öz gözlərimlə müşahidə edib, müxtəlif şəxslərlə fikir mübadiləsi apara bildim və bu, mənim budəfəki səfərimin ən böyük nailiyyətidir. Sizin və şöbənizin əməkdaşlarının səyləri nəticəsində gerçəkləşən ölkəmizin inkişafının bundan sonra da davam etməsini ürəkdən arzulayıram.
Eləcə də budəfəki səfərimiz zamanı Sizlər tərəfindən Yaponiyaya qarşı bir neçə məsələ ilə bağlı xahiş qəbul etdim bu məsələlər də daxil olmaqla, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün mənim zəif qüvvəm ilə də olsa, əzmlə çalışacam. Dünyanın mürəkkəb dövr astanasında olmasına baxmayaraq, ölkələrimizin gücünü birləşdirməklə çətinliklərin öhdəsindən gələcəyimizə inanıram.
Azərbaycanda olduğumuz zaman qarşılandığımız isti qonaqpərvərlik və qayğıya görə bir daha təşəkkürümü bildirib, Sizin və ölkənizin bütün əlaqəli şəxslərinin sağlamlığı və bundan sonrakı uğurlu fəaliyyəti üçün dua edirəm.
Tanaka Kazunori,
Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!