• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Müstəqil Azərbaycanın güclü ordusu var

Müstəqil Azərbaycanın güclü ordusu var

Yazar Ismayilli
//
01 iyul 2016
//
//
Oxunub 333
//
YAP İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə ərazi ilk partiya təşkilatı üzvləri, ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə Təzəkənd kənd tam orta məktəbində 26 iyun Silahlı Qüvvələrin yaradılmasına həsr olunmuş tədbir keçirilib.
Müstəqil Azərbaycanın güclü ordusu var
Tədbiri giriş sözü ilə Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov açıb. O, tədbirə gələn qonaqları salamlayıb və milli ordumuzun tarixi ilə bağlı maraqlı fikirlər söyləyib. Qeyd edib ki, geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami ordu, özünün silahlı qüvvələri hələ 98 il bundan öncə formalaşdırılıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri böyük hərbi imkanlara malikdir və mövcud imkanlar ildən-ilə daha da genişləndirilir.
Tədbirdə geniş nitq söyləyən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.
Natiq qeyd etdi ki, aprel ayının əvvəllərində dörd günlük müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Azərbaycan ordusunun nəyə qadir olduğunu sübut etdi.
Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Gənclər Ali Baş Komandana müraciət edərək könüllü döyüşə yollanmaq istədiklərini söylədilər. Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirilirdi.
Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır. Yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan milli ordusu vardır. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyən peşəkar hərbçilərimiz vardır.
Tədbirdə məktəbin tarix müəllimi Hacalı Səlimov, Qarabağ veteranı, “Qırmızı Bayraq” ordenli Eynulla Bağırov, partiya veteranı Ağalar Bədəlov və başqaları çışış edərək Milli Ordumuzun qüdrətindən danışıblar. Onlar qeyd ediblər ki, Azərbaycanın qətiyyətli ordusu və güclü Ali Baş Komandanı var. Torpaqlarımızı tezliklə geri qaytaracağıq. Qəsbkar ermənlər Azərbaycan ərazilərini daha işğal altında saxlaya bilməyəcəklər.
Ramid Qasımov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!