• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

Yazar Ismayilli
//
01 iyul 2016
//
//
Oxunub 789
//
Hər il olduğu kimi bu il də tibb işçilərinin peşə bayramı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu
Tədbiri giriş sözü ilə RMX-nın baş həkimi Aydın Əsədov açıb, səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, həmkarlarına çətin və fədakar fəaliyyətlərində uğurlar arzulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova da öz növbəsində tibb işçilərinə xoş arzularını çatdırıb, onları təbrik edib, dövlət-səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışıb.
Yekunda bir qrup qabaqcıl tibb işçisinə RİH başçısının Fəxri fərmanları təqdim edilib.
Elnarə Qasımova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!