• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uşaq əməyi diqqətdə olub

Uşaq əməyi diqqətdə olub

Yazar Ismayilli
//
01 iyul 2016
//
//
Oxunub 403
//
İyunun 17-də İsmayıllıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı” mövzusunda seminarı keçirilib.
Seminarda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndələri, İsmayıllı, Ağsu, Şamaxı, Göyçay, Qəbələ rayonları üzrə təhsil, səhiyyə, kənd təsərrüfatı, sahibkarlıq üzrə həmkarlar ittifaqı rayon komitələrinin sədrləri, həmkarlar təşkilatının fəalları iştirak ediblər.
Uşaq əməyi diqqətdə olub
Tədbiri giriş sözü ilə AHİK-nın sədr müavini Cavanşir Alxasov açıb və təlim-seminarın xarakteri barədə tədbir iştirakçılarına məlumat verib.
İsmayıllı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov rayon rəhbərliyi adından seminar iştirakçılarını salamlayıb, bu gün aktual bir məsələnin müzakirə olunduğunu qeyd edib. 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 12 İyun - Uşaq Əməyi ilə Ümumdünya Mübarizə Günü tarixlərinin bütün dünyada qeyd olunduğunu diqqətə çatdırıb. Rayonda sosial-iqtisadi, mənəvi quruculuq sahəsində aparılan işlər, həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verib.
Seminarda AHİK-nın Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov “Uşaq əməyi:mövcud vəziyyət və gələcək addımlar”, Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Uşaq əməyinin anlayışı və istifadəsi”, şöbənin mütəxəssisi Nadir Muradov “Uşaq əməyinin təhlükəsizliyi və qiymətləndirilməsi”, Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbənin etimadlı həkimi Asəf İbrahimov “Uşaq əməyi sağlamlığının qiymətləndirilməsi”, Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Mürvət Mehrabov “Uşaq hüquq normaları” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallara cavablar verilib. Sonda xatirə şəkli çəkdirilib.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!