• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Davamlı inkişaf və kadr potensialı

Davamlı inkişaf və kadr potensialı

Yazar Ismayilli
//
01 iyul 2016
//
//
Oxunub 358
//
İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi layihəsi” çərçivəsində seminar keçirilib.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən seminarı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. O bildirib ki, bu mövzuda seminar, treninq və toplantıların keçirilməsinə, maarifləndirmə işinin aparılmasına ciddi ehtiyac vardır. Bugünkü seminar da bu ehtiyacın ödənilməsində əhəmiyyətli bir mərhələdir.
Davamlı inkişaf və kadr potensialı
Mövzuya dair Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov məruzə edib.
Məruzə maraqla dinlənilib və diskussiya şəraiti yaradıb. Dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda professor Çingiz İsmayılov səmərəli görüşün keçirilməsi üçün yaradılan nümunəvi şəraitə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!