• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qurtuluş onun rəhəbərliyində idi

Qurtuluş onun rəhəbərliyində idi

Yazar Ismayilli
//
18 iyun 2016
//
//
Oxunub 596
//
Milli Qurtuluş Gününü İsmayıllı ictimaiyyəti Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin “Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzulu məşğələsi ilə bayram edib.
Qurtuluş onun rəhəbərliyində idi
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
“Heydər Əliyev idarəetmə məktəbi”nin Milli Qurtuluş gününə həsr olunmuş məşğələsini giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova deyib ki, bu gün ölkəmiz Beynəlxalq miqyasda söz sahibidirsə, regionda lider dövlətdirsə, ölkə vətəndaşları layiq olduqları həyatı yaşayırlarsa, bütün bunlara görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. 15 iyun 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı olmasa idi, milli qurtuluşumuzu təmin etməsə idi, Azərbaycanın müstəqil bir ölkə kimi bu gün görmək çətin olardı, torpaqlarımızın işğalı və insan itkisi artan sürətlə davam edərdi.
Giriş nitqindən sonra mövzuya aid film nümayiş etdirilib.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov “Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda məruzə edib.
İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, Topçu tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva və 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədovun çıxışları dinlənilib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhatəli, 90–cı illərin şahidi olaraq məzmunlu çıxış edib. Bildirib ki, Qurtuluş gününə qədərki Azərbaycanda ordu yaradılmırdı, qüvvələr dəstələrə, qruplara bölünüb ölkəni qorumağa yox, ayrı-ayrı şəxslərə xidmətə yönəlmişdi. Cəbhədə mövqelər əldən verilir, insan və torpaq itkisi artmaqda davam edirdi.
Qurtuluş onun rəhəbərliyində idi
Təlatümlər burulğanında boğulan, mövcud rəhbərliyin simasında dərdinə əlac tapmayan xalqımız nəzərlərini qədim Naxçıvana yönəltmişdi. Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilərdi. Nicat, qurtuluş onun rəhəbərliyində idi. Ulu öndərimiz candan artıq sevdiyi Azərbaycanın taleyini naşı əllərdə qoya bilməzdi. Xalqın səsinə səs verərək yenidən xilaskarlıq missiyası ilə dövlətimizi idarə etməyə gəldi. Bu idarəçilik bizi bugün də yüksəlişə inamla aparır.
Ümmummilli liderimiz sanki bu gün də xilaskarlıq missiyasını yerinə yetirir. Özü qədər inandığı İlham Əliyevə Azərbaycanın idarə olunmasını etibar etməklə, öz ailə akademiyasında bir prezident yetişdirməklə, müstəqilliyimizə əbədilik xarakteri verməklə.
Mirdaməd Sadıqov çıxışının sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələrini təqdim edib.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!