• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Peşə bayramı qeyd edildi

Peşə bayramı qeyd edildi

Yazar Ismayilli
//
18 iyun 2016
//
//
Oxunub 626
//
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı günü rayonumuzda da qeyd edilmişdir. Tədbirdə İsmayıllı Suvarma Sistemləri, İsmayıllı Su-Kanal İdarəsi və Şəki Subartezian Quyularının İstismar İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzdülər.
Peşə bayramı qeyd edildi
Son illərdə rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması istiqamətində xeyli tədbirlər həyata keçirilmiş, əhalinin suvarma və içməli su ilə təminatında müəyyən işlər görülmüş, iyirmidən artıq subartezian quyuları qazılaraq istismara verilmişdir. İsmayıllı şəhər əhalisinin içməli su ilə təminatında da əsaslı dönüş yaradılmışdır.
RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov tədbir iştirakçılarına peşə bayramları münasibətilə təbrik etdi, onlara vacib və səmərəli fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirin sonunda peşə bayramı münasibətilə əmək fəaliyyətində fərqlənən işçilərə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və İsmayıllı Suvarma Sistemləri və Su-Kanal İdarələrinin mükafatları təqdim edildi.
Şahin Hüseynov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!