• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məktəbə vida, həyata çağırış zəngi

Məktəbə vida, həyata çağırış zəngi

Yazar Ismayilli
//
18 iyun 2016
//
//
Oxunub 696
//
İyunun 14-də Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi İsmayıllı rayonunun 80 ümumtəhsil müəssisəsində də "Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə RİH-nin, RTŞ-nin, aid idarə və təşkilat rəhbərləri ümumtəhsil məktəblərində qonaq qismində iştirak ediblər.
İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, başçının müavini Sevil Əhmədova iştirak edib.
Məktəbə vida, həyata çağırış zəngi
daxili və xarici siyasəti, genişmiqyaslı islahatçılıq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş nailiyyətlərin Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü olduğunu, ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsinə, onların ən müasir avadanlıq və kompyuterlərlə təchizinə xüsusi diqqət verildiyini vurğulayıb.
Rayon rəhbəri müstəqil həyatın astanasında duran bütün məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, ölkə rəhbəri cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Respublikamızda təhsil sahəsində aparılan işlər və bu məzmunda İsmayıllı rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivlərinə gələcək işlərində uğurlar arzulayıb.
Məktəbə vida, həyata çağırış zəngi
Məktəbin direktoru Şahin Gənciyev son təhsil ilində qazanılan uğurlardan söz açıb. O bildirib ki, cari dərs ilində məktəbin biologiya müəllimi Leyla Babayeva “Ən yaxşı müəllim” adına layiq görülüb. Məktəbin şagirdləri respublika səviyyəli çoxsaylı təhsil yarışlarında qaliblər sırasında olublar.
Bu gün 88 nəfər şagird məzun adı ilə məktəbi tərk edir. Əminik ki, onlar məktəbdə aldıqları təlim-tərbiyə hesabına həyatda layiqli yer tutacaq, valideyn və müəllimlərinin etimadını doğruldacaqlar.
Məktəbin qazandığı uğurlarda fəal iştirakına, dərs ilində göstərdikləri işgüzarlığa görə bir qrup müəllimə məktəb rəhbərliyinin təşəkkürnaməsi oxunub.
Məktəbə vida, həyata çağırış zəngi
Məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olunub.
Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara veriblər. Onlar həmçinin birincilərə hədiyyələr təqdim ediblər.
Qeyd etdiyimiz kimi, rayonun 80 ümumtəhsil məktəbində son zəng çalınıb. Orta məktəbləri bitirən gənclər üçün bu, həm də həyata ilk çağırış zəngi olub.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!