• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Milli azadlığımızın və istiqlaliyyətimizin xilaskarı

Milli azadlığımızın və istiqlaliyyətimizin xilaskarı

Yazar Ismayilli
//
18 iyun 2016
//
//
Oxunub 440
//
YAP İsmayıllı rayon təşkilatı şəhərin 3 nömrəli məktəb-liseyi ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb.
 Milli azadlığımızın və istiqlaliyyətimizin xilaskarı
Tarixin bu parlaq parçası ilə bağlı geniş məruzə ilə çıxış edən natiq ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə ətraflı və yaddaqalan fikirlər səsləndirib, bildirib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi.
Ulu öndər Heydər Əliyevin amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil, demokratik, hüquqi dövlət qurmaq idi.
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub.
Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderinə çevirib.
Tədbirdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, tarix müəllimi Famil Əhmədzadə və başqaları çıxış edərək Heydər Əliyev dühasından, onun siyasi məktəbindən, layiqli varisindən danışıblar.
Əminliklə qeyd ediblər ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir.
Tədbirin sonunda məktəb-litseyin şagirdlərinin ifasında Ulu öndərə və Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Fərqlənənlərə məktəb rəhbərliyinin Fəxri fərmanları təqdim olunub.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat xidmətinin rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!