• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda Respublika Günü

İsmayıllıda Respublika Günü

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 592
//
İsmayıllılar Respublika Gününü bayram etmək üçün ümummilli lider Heydər Əliyevin şərəfli adını daşıyan Mədəniyyət mərkəzinə toplaşmışdılar. İştirakçılar əvvəlcə Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.
İsmayıllıda Respublika Günü
Təntənəli mərasim Dövlət himninin səsləndirilməsi ilə başlandı. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə etdi.
İsmayıllıda Respublika Günü
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, ADR-ın 1918-ci ildə qaldırdığı bayrağı ümummilli liderimiz Heydər Əliyev keşməkeşli, uzun illərdən sonra yenidən Naxçıvanda ucaltdı. Üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etdi. Gərgin və dönməz fəaliyyəti ilə Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verdi. Cənab Prezident İlham Əliyev bu müstəqilliyi və azadlığı iqtisadi, hərbi, siyasi, ideoloji, sosial və balanslaşdırılmış xarici siyasət baxımından daha da möhkəmləndirir, monolit zəmində davamlı edir.
İsmayıllıda Respublika Günü
RİH-nin başçısı sonda bir qrup ictimai fəala və Respublika Gününə həsr olunmuş müsabiqələrdə, yarışlarda qalib gələn gənclərə Fəxri fərman, qiymətli hədiyyələr təqdim etdi.
Bayram tədbirində “İstedadlar axtarırıq” müsabiqəsində qalib gələnlərin konserti oldu.
27 may 2016-cı il tarixədək bütün ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda, Peşə Tədris Mərkəzində, Dövlət Humanitar və Texnologiya Kollecində Respublika Gününə həsr olunmuş təntənəli tədbirlər keçirilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!