• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Aşıqbayramlı kəndində görüş keçirilib

Aşıqbayramlı kəndində görüş keçirilib

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 404
//
25 may 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Aşıqbayramlı kəndində kənd sakinlərinin bir qrupu ilə görüşü keçirilib.
Aşıqbayramlı kəndində görüş keçirilib
Rayonun aparıcı idarə və təşkilatlarının rəhbərləri, əlaqədar kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri, məktəb direktorları və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə yenicə əsaslı təmir olunmuş İsmayıllı-Qaraməryəm avtomobil yolunun ətraflarının abadlaşdırılması, bu ərazidə olan ağacların budanması, gövdəsinin ağardılması, yeni ağac və gül kollarının əkilməsi, onların becərilməsi və mühafizə olunması istiqamətində müzakirələr aparılıb. Çıxış edənlər sosial durumun günbəgün yaxşılaşmasını dövlət-xalq birliyinin bəhrəsi kimi dəyərləndiriblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov insanların faydalı əməklə məşğulluğu, sosial durumlarının daha da yaxşılaşdırılması üçün vəzifəli şəxslərin, idarə və müəssisə rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələr barədə fikirlərini açıqlayıb.
Görüşdə kənd nümayəndələri yeni təmir olunmuş yolda zəhməti olan bütün insanlara minnətdarlıqlarını bildiriblər.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!