• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 399
//
Hörmətli cənab Sadıqov!
Sizə öz salamlarımı çatdırıram və cənab Kazunori Tanakanın başçılıq etdiyi Yaponiya
Liberal Demokratik Partiyasına mənsub deputat heyətini 07 may 2016-cı il tarixində qəbul etdiyinizə və İsmayıllı rayonuna onların səfərinin yüksək şəkildə təşkil olunmasına görə sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Bizim deputatlar üçün xüsusi proqram hazırladığınız üçün sizə və nümayəndəniz Rövşən Ağayevə böyük minnətdarlığımı bildirirəm. Qonaqlar İsmayıllının gözəl və mənzərəli yerlərindən zövq aldılar və bu rayon haqqında dəyərli məlumatlar ilə tanış oldular. Özünəməxsus ənənələri və görüntülü mənzərələri ilə seçilən nadir Lahıc kəndinə olan səyahət də həmçinin onları heyran edib və çox xoş təəssüratlar yaradıb.
Bununla yanaşı bizim nümayəndə heyəti üçün bu kənddə təşkil etdiyiniz ləzzətli nahar süfrəsinə görə də sizə səmimi minnətdarlığımızı bildirirəm.
Cənab Tanaka İsmayıllı rayonuna olan səfərindən çox məmnun idi və ölkələrimiz arasında qarşılıqlı anlaşmanın daha da təşviq edilməsinə yönəlmiş sizin səmimi səylərinizi yüksək qiymətləndirir.
Göstərdiyiniz diqqətə görə mən bir daha Sizə öz təşəkkürümü bildirirəm və sizə öz dərin hörmətimi izhar edirəm.
Hörmətlə:
Tsuquo Takahaşi,
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!