• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Onlar məktəbin fəxridir

Onlar məktəbin fəxridir

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 718
//
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi İsmayıllı rayonunun qabaqcıl təhsil ocaqlarındandır. Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” adını qazanıb. Əsgər Manafov və Minazər İsgəndərova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar. Məktəbin riyaziyyat müəllimi Müsavəddin Kərimov Azərbaycan Respublikasının Əməkdar müəllimi adına, Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov, hərbi müəllim Əsgər Manafov “Tərəqqi” medalına layiq görülüblər.
Onlar məktəbin fəxridir
Məktəbin digər müəllimləri də şagirdlərə verdiyi təhsilə, göstərdiyi münasibətə görə yüksək adlara layiqdirlər. Təbii ki, bu cür müəllimlərdən təhsil alan şagirdlər də daima uğur əldə etməli, məktəbin adını yüksəkdə saxlamalıdırlar.
Məzunlarımız ölkənin müxtəlif universitetlərində və xarici ölkələrdə təhsil alırlar. Topladıqları ballar həmişə üstünlüyü ilə rayon göstəricilərində fərqlənib. Cari tədris ilində də uğurlarımız çox olub. Məktəbin X sinif şagirdi Murad Ağazadə bilik və bacarığı ilə daima fərqlənib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Şamaxı Hazırlıq Mərkəzinin keçirdiyi bilik yarışında II yeri, tarix fənni üzrə olimpiadada region üzrə yüzfaizli nəticə göstərərək respubilika turuna vəsiqə qazanıb (fənn müəllimi Şəfəq Şəfaqətova). Nailiyyət qazanmış şagirdlərimizin sayı heç də az deyil. Həmin bilik yarışında Sabrina Yolçuyeva və Murad Hacıyev III yeri qazanıblar. Tural Rəhimli isə coğrafiya üzrə fənn olimpiadasında respubilika turunda IV yeri tutub (fənn müəllimi Əşrəf Hüseynov).
Ümidvarıq ki, bundan sonra da məktəbimizin uğurları bol olacaq.
Jalə Alızadə,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!