• Ana səhifə |
Subscribe by RSS or RUS

Məzun - 35

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 627
//
Dünyaya körpə gəlir. O, yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur, məktəb yaşına çatır, məktəbə gedir...
İllər ötdü. İlk zəngin cingiltili səsi ilə son zəngin arasındakı vaxt sanki bir göz qırpımında gəlib keçdi... Həyata atıldıq. Ata, ana olduq. Vətənin xalqın xidmətində durmaq üçün məktədə aldığımız savad, tərbiyə hesabına ailəmizin qayğısını çəkdik. Və bir də xəbər tutduq ki, bizi həyata səsləyən zəngin çalınmasından 35 il keçib...
Məzun - 35
Məzun - 35
Bu qanadlı xatirələr 35 il əvvəl Hacıhətəmli kənd orta məktəb məzunlarının xəyalından keçənlərdir.
Bir neçə gün əvvəl məktəbə 35 il öncə əlvida demiş məzunlar bu dəfə: Salam, doğma məktəb! – deyiblər.
Bu bina oxuduqları məktəb binası olmasa da, sinif otaqlarını bir-bir gəziblər. Gülüş səsləri ilə 40-45 il əvvəlki kimi məktəbi sevincə bürüyüblər.
Məzunların bu fərəhli dəqiqələrində canlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlər də unudulmayıb. Kənd qəbirstanlığında uyuyan şəhidlər və dünyasını dəyişmiş sevimli müəllimlərin məzarları ziyarət olunub. Olduqları hər yerdə xatirə şəkilləri çəkdirən məzunlar hazırda təqaüddə olan müəllimlərini də təşkil etdikləri görüş tədbirinə dəvət ediblər. Maraqlı və mənalı bir gün yaşanıb.
Yaşı 50-ni adlamış məzunlar məktəbdə keçirdikləri dəqiqələri uzun zaman xatırlayacaqlarını və belə tədbirlərin hər 5 ildən bir keçirəcəklərini vəd ediblər.
Ş.Kərimov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!