Əlvida, bağça » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Əlvida, bağça

  • 01.06.2016, 14:42,
  • ---
  • 0
İsmayıllı şəhər 3 nömrəli körpələr-evi uşaq bağçasında “Əlvida, bağça” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə bağçanın işçiləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, körpə fidanlar, eləcə də valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şəhər 3 nömrəli uşaq bağçasının müdiri Elmira Əsədova Ölkədə insan kapitalına göstərilən diqqətdən, prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından, bağçanın uğurlarından söz açıb.
Əlvida, bağça
Sonra tədbiri körpə fidanlar davam etdirib. Bağçanın təcrübəli və qayğıkeş tərbiyəçiləri sayəsində körpələrin tədbirə yüksək səviyyədə hazırlaşdıqları aydın nəzərə çarpıb.
Məktəbə hazırlıq qrupunun tərbiyəçisi Mənzər Həsənovanın tədbirin hazırlanmasına böyük əmək sərf etməsi, balacaların Azərbaycan, vətənpərvərlik mövzusunda söylədikləri şeirlərdən, göstərdikləri səhnəciklərdən, oxuduğu mahnılardan bəlli olub.
Musiqi müəllimi Lalə Kəbirova uşaqları fortepianoda müşaiyət edib. Körpə fidanların ifasında səsləndirilən şeirlər, musiqi parçaları, səhnəciklər, rəqslər tədbir iştirakçılarının marağına səbəb olub. Tədbir İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Gülnar Mikayılova və valideynlərin xoş təəssüratlarını bildirmələri ilə başa çatıb.
Elnarə Günəş
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter