• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Zamanla ayaqlaşan təhsil

Zamanla ayaqlaşan təhsil

Yazar Ismayilli
//
01 iyun 2016
//
//
Oxunub 263
//
Cəmiyyət günü-gündən inkişaf edir. Yüksələn xətt üzrə inkişaf edən cəmiyyətdə elm və texnikanın da böyük rolu vardır. Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi, təhsilin inkişafına da böyük təkan vermişdir.
Dünya ölkələrinin diqqətini özünə cəlb etməyi bacaran qüdrətli Azərbaycanımızda təhsilə onun inkişafına geniş yer ayrılıb.
Zamanla  ayaqlaşan təhsil
Hələ Ümummilli liderimiz sağlığında təhsilə böyuk diqqət göstərmiş, onun inkişafından qayğısını əsirgəməmişdir. Axı, o özü də təhsil işçisi idi, bu sahədən yan keçə bilməzdi. Onun təhsil işçilərinə, müəllimlərə verdiyi qiyməti dəyərləndirmək üçün bu ifadələri oxumaq kifayətdir. ?’Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad məəllimlikdir?’.
Ulu öndərin qoyduğu yolu bu gün Prezidentimiz laiqincə davam etdirir. Ölkədə müəllimlərə hər cür şərait yaradılır ki, gənc nəslin təlim-tərbiyəsi ilə ürəkdən məşğul olaq, onları vətənimz üçün laiqli vətəndaş kimi yetişdirək.
Dərs dediyim siniflərdə həmişə çalışıram ki, şagirdləri vətənə, dövlətə sadiq ruhda tərbiyə edim. Onlara milli ruh aşlayır, ana dilimizi sevməyi tövsiyə edirəm. Elə bu məqsədlə də aprel ayının 4-də Cülyan kənd tam orta məktəbinin 9-cu sinfində ədəbiyyat fənnindən Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirnin təhlili üzrə açıq dərs keçirdim. Dərs müasir təhsilin bütün tələblərinə uyğun aparıldı. Fəal dərsin mərhələləri aşağıdakı ardıcıllıqla icra olundu.
Əvvəlcə, salamlaşma mərhələsi aparıldı. Sonra motivasiya üçün şagirdlərə bir video təqdim olundu. Bu video 5-ci sinifdə keçilən “Oğlum Təbrizə” şeiridir. Şagirdlər bununla analdılar ki, bugünkü dərsimiz Xəlil Rza Ulutürk haqqındadır. Sonra keçmiş dərsdə öyrənilmiş “Mənim dilim” şeiri əzbər danışıldı. İki qrupa bölünmüş şagirdlər şeiri hissəlrə bölərək əzbər danışırlar. Bu zaman monitorda X.Rzanın müxtəlif şəkilləri nümayiş olundu. Bu da onlara şairi daha yaxından tanımağa imkan verdi.
Şeiri danışdıqdan sonra şagirdlərə belə bir tədqiqat sualı ünvanlanır: “Bu dildədir yüz abidə, min abidə” misrası ilə şair nə demək istəyir?
Şagirdlər bu sual ətrafında öz fikirlərini söylədilər, mən isə onların fikirlərinə mövzudan kənarlaşmadan münasibət bildirirdim. Sinifdə şagird sayı az olduğu üçün iki qrupa bölünmüşdülər. Onlardan biri “Azadlıq”, digəri “İstiqlal” adlanırdı.
Tədqiqatın aparılması mərhələsində qrup işindən istifadə edirəm. “Azadlıq” qrupuna belə bir sual ətrafında fikir mübadiləsi aparmağı tapşırdım: Şair nə üçün dilimizi qalaya bənzədir? Bu qala kimdən və nədən qorunmalıdır? “İstiqlal” qrupuna isə “Ana dilinin taleyi ilə Vətənin taleyi arasında bağlılıq haqqında şair fikirlərinə münasibətiniz necədir? sualını ünvanladım. Qruplara beş dəqiqə vaxt verdim. Onlar bu vaxt ərzində tədqiqat apardılar, monitorda isə X.Rzanın “Səlahiyyət istəyirəm?’ şeiri musiqinin müşayəti ilə səsləndirildi.
Vaxt tamam olduqdan sonra şagirdlər qrup işini təqdim etdilər. Hər qrupdan bir şagird verilən iş vərəqlərini lövhədən asraraq təqdimat edir. Təqdimata 7 dəqiqə vaxt ayrılır. Bu zaman mən şagirdlərin fikirlərinə münasibət bildirərək əsərin təhlilinin onlar tərəfindən aparılmasına imkan yaradıram.
İnformasiya mübadiləsi və müzakirəsi mərhələsində inteqrasiya etməyə şərait yaradıram. Odur ki, qruplardan birinə tarix, digərinə isə ana dili fənnindən inteqrasiya etmək üçün tapşrırq verirəm. “Azadlıq” qrupuna “İllərin sınağından keçib gələn ana dilim”, “İstiqlal” qrupuna isə “Uzun əsrlərə söykənən tariximizdə ana dili siysasəti” başlığı altında araşdirma aparmağı tapşırıram. Bu zaman onlara əvvəlcədən yararlandıqları internet məlumatlarından istifadə etməyə imkan yaradıram. Araşdırma zamanı monitorda X.Rzanın “Davam edir 37” şeiri musiqi sədaları altında səsləndirilir. Bu qrup işinə 7 dəqiqə vaxt ayrılır. Vaxt bitdikdən sonra təqdimat üçün ayrılan 8 dəqiqə ərzində hər qrup öz tapşırığnı lövhədə tədim edir. Burada faktlar daha çox olduğu üçün dəqiq fikir söylənilməsinə ciddi nəzarət edirəm.
Yaradıcı tətbiqetmə mərhələsini reallaşdırmaq üçün hər bir qrupu kompyuter arxasına keçirirəm. Onlara şairin həyat və yaradıcılığı haqqında kitabda olmayan məlumatları araşırmağı tapşırıram. 3 dəqiqə vaxt ərzində cəldlik göstərib daha çox məlumat toplayan qrup qalib olur. Bu da dərs zamanı şagirdlərin fəallığını artırmağa xidmət edir.
Bütün bu mərhələlər icra olundudan sonra deyilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlirəm ki, X.Rza azdlıq uğrunda mücadilə aparan bir şəxs, Vətən uğrunda oğlunu şəhid verən cəsur ata, istiqlaliyyətimiz üçün canını fəda edən laiqli vətəndaşdır.
Şagirdlərə ev tapşırığı mərhələsində isə “Ana dilim şirindir” mövzusunda esse yazmağı tapşırıram. Ən sonda isə şagirdlərin bu dərsdəki fəaliyyətini qiymətləndirirəm. Qiymətləndirmə zamanı tapşırıqların icrası, fikir ifadə etmə, əməkdaşlıq kimi meyarlardan istifadə edirəm. Beləliklə, bu dərsim bir daha şagirdlərin fəal təlim metodlarına marağını artımaq, ana vətənimizi sevərək qorumaq məqsədi daşıyır.
Arzu Qədirova,
Cülyan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllilmi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!