• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi

Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi

Yazar Ismayilli
//
17 may 2016
//
//
Oxunub 802
//
Mübarək səfərləri ilə İsmayıllını şərəfləndirmiş ümummilli lider Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə rayon Mədəniyyət Mərkəzində möhtəşəm tədbir keçirilib. İştirakçıların bir qrupu tədbir başlamazdan əvvəl Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi
Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini, İsmayıllıya səfərlərini əks etdirən və dahi şəxsiyyətə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın və ümummilli lider Heydər Əliyevin anadan olmalarının 93 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarış qaliblərinə mükafatları təqdim edib.
Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi çərçivəsində keçirilən xatirə gecəsində əvvəlcə film nümayiş etdirilib, sonra Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun “Ümummilli liderimiz Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzəsi dinlənilib.
Toğrul Qasımov və Qönçə Ağazadə Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Muğam axşamı ilə davam edən xatirə gecəsi iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Həqiqətən də, Ümummilli liderimizin milli taleyimizə bəxş olunduğu gün hamımız üçün bayramdır.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!