• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dövlət Sığorta Şirkəti etibarlı təminatçıdır Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

Dövlət Sığorta Şirkəti etibarlı təminatçıdır Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

Yazar Ismayilli
//
17 may 2016
//
//
Oxunub 437
//
Bu qaydalara əsasən mülkiyyət formasından asılı olmayaraq Dövlət aktı olan kənd təsərrüfatı istehsalçılarına məxsus kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsullarının (biçənək məhsullarından başqa) sığorta aparılır və dəyən zərərlərə sığorta təminatı verilir.
Dövlət Sığorta Şirkəti etibarlı təminatçıdır  Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
Dövlət Sığorta Şirkəti etibarlı təminatçıdır  Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
Kənd təsərrüfatı məhsulları yanğın, dolu, sel, daşqın və şaxtavurma hadisələrindən sığorta olunmuş sayılır. Bu hadisələr istisna olunmaqla digər hadisələrdən sığorta təminatı verilmir.
Sığorta müqaviləsi sığorta etdirənin təklifnaməsi əsasında, iki nüsxədən ibarət bağlanılır. Təklifnamənin bir nüsxəsini sığortaçıdan aldıqdan sonra sığorta etdirən 10 gün müddətində sığorta haqqının ödənilməsini təmin edir. Təklifnamənin ikinci nüsxəsi sığortaçıda qalır.
Müqavilə hər bir bitkinin bütün sahəsi üçün, əkin sahələrində cücərtilər (yaşıllaşma) alındıqdan, bağlarda tumurcuqların oyanmasından, meyvə ağaclarında çiçəklənmənin başa çatmasından sonra əkin sahələrinə baxış tərtib etməklə, müəyyən edilmiş təqvim müddətləri nəzərə alınmaqla bağlanılır.
Müqavilə bağlayarkən kənd təsərrüfatı bitkilərinin məhsulunun sığorta müqaviləsi üzrə sığorta məbləği kənd təsərrüfatı bitkilərinin məhsulunun dəyərinin ən azı 70 faizi miqdarında müəyyən edilir.
Aşağıdakı hallarda müqavilə bağlana bilməz:
- kənd təsərrüfatı məhsullarının təqvim müddəti keçdikdə;
- əkin sahələrində cücərtilərin normal çıxışı olmadıqda;
- meyvə bağlarında normal tumurcuqların və çiçəklənmənin olmadığı halda.
Dövlət Sığorta Şirkətinin İsmayıllı rayon şöbəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!