• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Böyük məhəbbət, dərin səmimiyyətlə

Böyük məhəbbət, dərin səmimiyyətlə

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 834
//
28 aprel 2016-cı il tarixdə İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində rayonun ictimai fəallarının, səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi təntənə ilə qeyd olunub.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. Zərifə xanıma həsr olunmuş film nümayiş etdirilib. Sonra Rayon Mərkəzi Xəstəxanası (RMX) baş həkiminin müavini İsrayıl İsmayılov akademik Zərifə Əliyevanın həyatı, elmi-ictimai fəaliyyəti barədə məruzə edib.
Böyük məhəbbət, dərin səmimiyyətlə

Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov Zərifə xanıma dərin hörmət və ehtiramla zəngin olan çıxışında tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə bənzərsiz mütəxəssis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi onu xarakterzə edib.
RMX-nın baş həkimi Aydın Əsədov, İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, pediator Məhruzə Hüseynova və RİH başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina akademik, sevimli ana, Azərbaycan qadınına xanımlıq nümunəsi olan Zərifə Əliyeva haqqında böyük məhəbbətlə, dərin səmimiyyətlə danışıblar.
YAP rayon təşkilatının sədri Ə.Vahabova Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin, onun çox vacib sahəsi olan oftalmologiyanın inkişafındakı, ümummilli lider Heydər Əliyevin böyük fəaliyyətinə dayaq olmasındakı xidmətlərindən danışıb.
Mərkəzin foesində alqışlarla qarşılanan konsert proqramı ilə tədir başa çatıb. Zərifə xanımın 93 illiyi ilə əlaqədar keçirilmiş rəsm və inşa müsabiqəsinin qaliblərinə hədiyyələr və Diplomlar təqdim olunub.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!