• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yürüdülən siyasət bəyənilir

Yürüdülən siyasət bəyənilir

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 713
//
Aprel ayının 28-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Göytəpə kəndinin sakinləri ilə görüş-qəbul keçirib.
Məlumat üçün bildirək ki, Göytəpə kəndi Qalınçaq inzibati ərazi dairəsinə daxildir. Kənd 83 yaşayış evi, 107 təsərrüfatdan ibarətdir. Kəndin əhalisi 445 nəfərdir. Burada ATS, kitabxana və 80 şagird yerlik ümumi orta məktəb fəaliyyət göstərir. Məktəbdə 61 nəfər şagird təhsil alır.
Yürüdülən siyasət bəyənilir
Görüş zamanı ölkədə və rayonda olan ictimai-siyasi vəziyyətlə bağlı söhbətdən sonra kəndin problemləri barədə danışılıb.
Çıxışlardan bəlli olub ki, kəndin daxilindəki elektrik dirəklərinin əksəriyyəti istismar müddətini başa vurub və hazırda qəzalı vəziyyətdədir. Sakinlər kəndin içindəki arteziandan quyusundan çıxan suyun anbarlaşdırılması və küçələr üzrə bulaq şəklində paylanmasını vacib hesab ediblər.
Kəndin ağsaqqalı Əhməd Həsənov İƏD-də son 3 ildə görülən tikinti quruculuq işlərinə görə sakinlər adından ölkə Prezidentinə minnətdarlıq edib. Yürüdülən siyasətin hamı tərəfindən bəyənildiyini deyib.
RİH başçısı qaldırılan problemlərin qısa müddətdə həll olunması üçün göstəriş və tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!