• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur

Əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 669
//
Aprelin 28-də Azərbaycan tibb elminin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 93-ci ildönümü tamam olur. Bu dünyaya vida deyib sənətindən və peşəsindən aslı olmayaraq xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti nə yaxşı ki, hələdə qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqdadır.
Əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur
Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilmişdir. Zərifə xanım müasir müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətənin və xalqın tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin-ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda da köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq və arxa olub.
Zərifə xanım bütün ömrünü tibb elminə həsr etmişdir. 1942-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnsitutunun müalicə-proflaktika fakültəsinə daxil olur və 1947-ci ildə insitutu əla qiymətlərlə bitirir. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdır. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə Respublikanın səhiyyəsi üçün problem idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə və profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir. Azərbaycanda traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedir, əhali arasında çoxlu söhbətlər aparırdı. Həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Zərifə xanım nursuz gözlərə işıq paylamaq, təbiətin çox çalarlı rənglərinə, füsünkar gözəlliklərinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Bu arzu onu Moskva şəhərinə aparır. Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnsitutunda iki illik ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra vətənə qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz xəstəlikləri İnsitutunda Elmi işçi kimi fəaliyyətə başlayır.
1950-cı ildə asperanturaya daxil olur, praktik həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarında da davam etdirir. Uğurlu tədqiqatların nəticəsi Zərifə xanım Əliyevanın 1959-cu ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsində yüksələn Zərifə xanımın təklif etdiyi müalicə bütün Respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 1960-cı ildən 1967-cı ilədək Zərifə xanım Oftalmologiya İnsitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1967-cı ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun göz xəstəlikləri kofedrasına dossent vəzifəsinə dəvət olunur. Bu insitut ömrünün son illərində kollektivə rəhbərlik etmiş mərhum profossor Əziz Əliyevin indi də adını daşıyır. Çoxillik müşahidələrin klinik tətbiqatların və eksprimentlərin nəticələri Zərifə xanımın doktorluq dessertasiyasının əsasını təşkil etmişdir. O, ”Azərbaycanın bir sıra kimya müəssisələrinin işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərinin birində Q.Helmqoltıs adına Moskva göz xəstəlikləri insitutunda müdafiə etmişdir.
Zərifə Əliyevanın dissertasiya işi alim oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərindən biri olmuşdur. 1977-cı ildə ona Tibb Elmləri Doktoru dərəcəsi verilmişdir. 1981-cı ildə görmə orqanının peşə patalogiyası sahəsində professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSRİ Tibb Elmlər Akademiyasının akademiki Aberbax adlı mükafata layiq görülmüşdür. Qeyd olunmalıdır ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun Oftolmologiya kofedrasına müdir seçilmişdir. Zərifə xanım dünyada ilk dəfə olaraq gözün peşə patalogiyasını araşdıran Elmi Tədqiqat Labaratoriyası yaratmış və praktiki olaraq elm aləminə yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyuşdur. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, ”Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, ”Gözün hidro dinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar yazmışdır. Zərifə Əliyeva 12 monoqrafiya, dərslik, dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira, 12 səmərələşdirici işin müəllifidir.
Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Zərifə xanım çoxlu sayda fəxri adlar, elmi titullar, mükafatlara layiq görülmüşdür.
Bu adların hər biri qürür və iftixar mənbəyidir. Ancaq bu adlar siyahısında ən şərəflisi Ulu öndərimizin xanımı, silahdaşı və hörmətli prezidentimiz İlham Əliyevin anası olmasıdır.
Onun bütün həyat fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşakar həkim, eyni zamanda da çox xeyirxah insan idi. Çünki həkim mütləq peşakar olmalıdır, insanlara da xidmət göstərməlidir.
Zərifə xanım sözün həqiqi mənasında həkim idi. İnsanlara münasibətində səmiyyət, xeyirxahlıq, yüksək mədəniyyət, alicənablıq kimi gözəl amillər onda birləşmişdir. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. Əməkdar elm xadimi fəxri adına da layiq görülmüşdür. Dünya oftalmologiya elminin tanınmış simaları da Zərifə xanım haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq A.Nesterov deyib: Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi. Akademik N.Puçkovskaya xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor V.V.Şmelyeva demişdir: Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım haqqında əsər yazası olsaydım heç şübhəsiz ki “əvəz olunmaz insan haqqında povest” adlandırardım. Bu gün bu mötəbər tədbirdə Zərifə xanımın ömür yoluna nəzər salarkən bir daha şahidi olduq ki, o, əfsanəvi bir həyat yaşayıb. Çox təəssüf ki, taleyin Zərifə xanıma yazdığı ömür payı qısa oldu. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi.
Əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur
Zərifə xanım ömrünün 62-ci baharında, 1985-ci ilin aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. O, müstəqil Azərbaycanı sürətlə inkişaf edən gələcəyə inamla baxan, gündən-günə gözəlləşən, müasirləşən vətənimizin bu gününü görmədi. Lakin qəlbimizdə bu təəssüflə yanaşı bir inam da vardır: Səhiyyəmizin tərəqqisi, tibb elmində qazanılan uğurlar, görkəmli alimin xatirəsinə ucaldılan ən möhtəşəm abidədir. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir. Zərifə xanım cismən aramızda olmasa da xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Belə bir fikir var: Əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu mənada Zərifə xanım Əliyevanın uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları, yaşadığı 62 illik ömürə sığmır. Onun işıqlı xatirəsi insanların yaddaşında təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə dünyanın nurunu bağışladığı xəstələrin qəlbində yaşayır.
Həyatda belə bir böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək-belə xoşbəxtlik çox adama nəsib olmur. 28 aprel sevgi və mərhəmət, xeyir və işıq günüdür. Bu gün öz adını ölkəsinin tarixinə yazmış böyük qadının Zərifə xanım Əliyevanın yubileyidir.
İsrayıl İsmayılov,
İsmayıllı RMX-nin baş həkiminin müavini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!