• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan qadınının gözəl obrazı

Azərbaycan qadınının gözəl obrazı

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 794
//
YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurası Uşaq Poliklinikası kollektivi ilə birgə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Öncə Zərifə xanımın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanova açıb. O, Zərifə xanımın nəcib keyfiyyətlərinin, saf, mənəvi dəyərlərinin, parlaq şəxsiyyətində cəmləşən xeyirxahlıq əməllərinin qədirbilən insanlar tərəfindən hər zaman ehtiramla anıldığını bildirib. Qeyd edib ki, Zərifə xanım Əliyevanın nurlu çöhrəsi Azərbaycan qadınının obrazı kimi həmişə insanların gözü önündə canlanır.
Azərbaycan qadınının gözəl obrazı
Natiq Zərifə Əliyevanın şərəfli və mənalı ömür yolu barədə geniş məlumat verib. Onun Azərbaycanda oftalmologiya elminin inkişafındakı böyük xidmətlərindən danışıb.
Zərifə Əliyevanın tələbəsi olmuş Səadət Paşayeva tədbirdə iştirak və çıxış edib. O bildirib ki, Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə onunla ünsiyyətdə olanlar onu ömrü boyu yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi xatırlayırlar. Onun insanlara məhəbbəti hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilib.
Tədbirdə həkimlərdən Vidadi Rəhimov, Sevil Məmmədova, Gülnarə Mürsəliyeva, Maya Məmmədova və başqaları çıxış edərək Zərifə Əliyevanın müdrikliyi, nəcibliyi və xeyirxahlığı ilə Azərbaycan qadınının ən gözəl nümunəsi olduğunu söyləyiblər.
O, həm də müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub.
Azərbaycan qadınının gözəl obrazı
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Çıxışlarda ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə xanım Əliyevanın əziz xatirəsinin, xeyirxah əməllərinin, nurlu çöhrəsinin heç vaxt yaddaşlardan silinməyəcəyi, bir örnək olaraq Azərbaycan xalqının qəlbində yaşayacağı bildirilib.
Ramid Qasımov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!