• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Mənəvi quruculuqda daha bir layihə: Rza İsmayılov - 80

Mənəvi quruculuqda daha bir layihə: Rza İsmayılov - 80

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 1058
//
İsmayıllı Rayon İcra Hakimiyyəti Vətən və xalq qarşısında yaddaqalan xidmətləri olmuş İsmayılov Rza Mövlam oğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsini keçirməyi qərara almışdı.
Anadan olduğu gündə - aprelin 27-də rayon Mədəniyyət Mərkəzində baş tutan xatirə gecəsinə Rza İsmayılovun övladları, nəvələri, qohumları, onu yaxından tanıyanlar, rayon İcra Hakimiyyətinin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri gəlmişdilər.
Mənəvi quruculuqda daha bir layihə: Rza İsmayılov - 80
Tədbirin ideya müəllifi, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Rza İsmayılovun həyat və fəaliyyətindən, uzun illər dövlət orqanlarında səmərəli işindən, yüksək insani keyfiyyətlərindən, kamil mütəxəssisliyindən danışdı. Qeyd etdi ki, dövlət, xalq, doğulduğu, yaşadığı bölgə qarşısında xüsusi xidmətləri ilə seçilənlərin yubileyləri, xatirə və anım günləri bundan sonra da keçiriləcək, hər kəsə layiq olduğu qiymət veriləcək.
Sonra Rza İsmayılovun sinif yoldaşı Şamil Mursəliyev, Qalacığın yetirməsi, RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Qalacıq tam orta məktəbinin təqaüddə olan müəllimi Bəxtiyar Rəhimov, gənc dövlət qulluqçusu Ziya Cavadov çıxış edərək Rza İsmayılovun örnək götürüləsi xarakter-xüsusiyyətlərindən danışdılar.
Qalacıq bələdiyyəsinin sədri Zöhrə Şalbuzova çıxış edərək dedi ki, bələdiyyə ən yaxşı tələbə üçün Rza İsmayılovun adına təqaüd təsis edib. Təqaüd Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi Şəhla Abdullayevaya təqdim olundu. Alqışlarla qarşılanan bu münasibətin bundan sonra çoxları üçün örnək olacağı zənnindəyik.
Mənəvi quruculuqda daha bir layihə: Rza İsmayılov - 80
Rza İsmayılovun qızı, biologiya elmləri namizədi Təranə İsmayılova atasına göstərilən hörmət və ehtirama görə rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürünü bildirdi.
Çıxışlar Sahibə Abdullayevanın, Rima Babayevanın, Lahıc və İvanovka folklor qruplarının musiqi nömrələri ilə müşaiyət olundu.
Tədbir ölkə rəhbərinə minnətdarlıq, layihənin ideya müəllifinə təşəkkürlə yekunlaşdı.
G.Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!