• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu

Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 439
//
Aprelin 24-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu” mövzusunda tədbir keçirilib.
Milli-mənəvi dəyərlərin təbliğində dindarların rolu
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayəndəsi, İsmayıllı şəhər “Cümə” məscidinin imamı Şahzadə Bilalov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, habelə rayon ərazisində fəaliyyət göstərən dini icma rəhbərləri, imam və axundlar, dini ayinlərin icraçıları iştirak ediblər. Tədbir iştirakçıları İslam dininin insanlığa aşıladığı əsl mahiyyəti, milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də ölkəmizdə mövcud olan tolerantlıq və İslam həmrəyliyi mövzularında çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!