• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Breyn–rinqin zona qalibi

Breyn–rinqin zona qalibi

Yazar Ismayilli
//
03 may 2016
//
//
Oxunub 581
//
Aprel ayının 29-da İsmayıllı Rayon Uşaq Yaradıcılıq mərkəzində “Eko-erudit” məktəblilərin bilik yarışmasının zona mərhələsi keçirilib. İsmayıllı, Ağsu, Göyçay, Zərdab, Balakən rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıblar.
Breyn–rinqin zona qalibi
Tədbir əhalinin və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olmuşdur.
“Eko-erudit“ yarışması respublikanın orta ümumtəhsil məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII – XI sinif şagirdləri arasında keçirilir. Suallar yarışın Əsasnaməsində qeyd olunan mövzulara uyğun tərtib edilmişdir.
Yarışmanın zona mərhələsinin nəticəsinə görə İsmayıllı rayonunu təmsil edən Mirzəağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin komandası respublika turuna vəsiqə qazanmışdır. I yeri İsmayıllı, II yeri Zərdab, III yeri Balakən rayonu, IV yeri isə Ağsu rayonunun komandası tutub. Qaliblərə İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən Diplom və hədiyyələr təqdim olunub.
Elşad Vahabov,
Təzəkənd kənd tam orta məktəbinin coğrafiya müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!