• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rəqəmləri aşağı salan səbəb

Rəqəmləri aşağı salan səbəb

Yazar Ismayilli
//
16 aprel 2016
//
//
Oxunub 574
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Qurbanəfəndi kənd sakinləri ilə növbəti görüşü mart ayının 29-na təsadüf etdi.
Başçı ilk növbədə kənd sakinlərini evlərinə təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Təbii olaraq sakinlər onlara göstərilən qayğıya, məişətlərində yaranan rahatlığa görə ölkə Prezidentinə, bu xeyirxah işdə əməyi olanlara minnətdarlıqlarını bildirdilər. Sakinlər onu da qeyd etdilər ki, bu əlamətdar hadisədən sonra gözəlliklər qucağında, təbiətin qoynunda olan Qurbanəfəndi kəndi bundan sonra daha da gözəlləşəcək. Çünki, daha heç kim meşələrdən yanacaq kimi istifadə etməyəcək.
Rəqəmləri aşağı salan səbəb
Rəqəmlərə nəzər yetirdikdə İsmayıllının inkişaf etməkdə, əhalisinin kifayət qədər gur olduğu kəndlərdən birinin Qurbanəfəndi olması diqqət çəkir. Belə ki, kənd 207 ev və 363 təsərrüfatdan ibarətdir. Əhalinin sayı isə 1142 nəfərdir. Kəndin tam orta məktəbində 208 şagird təhsil alır. Kəndin perspektiv inkişaf torpaqlarının olmaması bu rəqəmləri xeyli aşağı salır. Bir təsərrüfatda bir neçə ailənin birgə yaşaması, fərdi ev tikmək arzusunda olan gənclərin torpaq sahəsi ala bilməməsi yuxarıda göstərilən rəqəmlərə öz mənfi təsirini göstərir.
Kənddə olan problemlərin həlli məqsədi ilə görüşə gələn RİH başçısına olunan müraciətlərdən biri məhz kəndin inkişaf etdirilməsi üçün torpaq sahəsinin ayrılması məsələsi oldu.
Kəndin küçələri bu yaxınlarda yüksək səviyyədə təmir olunub, kənddaxili küçələrin hamısına çınqıl döşənib. Edilən xahişlərdən biri kəndin baş küçəsinin asfaltlaşdırılması oldu.
Çıxışlarda “Tala” adlandırılan ərazinin suvarma suyu ilə təmin edilməsi, təhlükəli vəziyyətə düşmüş elektrik xətlərinin qaydaya salınması, yeni məktəb binasının tikilməsi, futbol meydançasının salınmasının vacibliyindən danışıldı.
Kənd ağsaqqalları yaranmış vəziyyətdə nələrə fikir verilməsi, hansı məsələnin həllini ön plana çəkməyi də təklif etdilər.
Dinləmə və müzakirələrdən sonra başçı qaldırılan məsələlərin həllinə dair tapşırıqlarla aidiyyəti idarələrin rəhbərlərinə müraciət etdi.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!