• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Daşkəsən, Goranboy və Naftalan məktəbliləri İsmayıllıda

Daşkəsən, Goranboy və Naftalan məktəbliləri İsmayıllıda

Yazar Ismayilli
//
16 aprel 2016
//
//
Oxunub 967
//
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya layihəsi çərçivəsində respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri təşkil edilir.
Daşkəsən, Goranboy və Naftalan məktəbliləri İsmayıllıda
24 mart 2016-cı il tarixində Tur-aksiya çərçivəsində Daşkəsən, Goranboy və Naftalan rayonun 120 nəfər şagirdi İsmayıllı rayonunda oldular. Qonaqlar İvanovka kəndində, rayonun müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Sarayı ilə də tanış oldular.
Məktəbliləri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov qarşıladı. Gənclərin səyahət barədə fikirləri dinlənildi və onlara təhsillərində uğurlar arzulandı. Qonaqlar üçün bayram süfrəsi və konsert proqramı da hazırlanmışdı.
Məktəblilər bu tur çəriçivəsində İsmayıllıda çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!