• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xalqımıza qarşı qəddarlıqla törədilən cinayətlər

Xalqımıza qarşı qəddarlıqla törədilən cinayətlər

Yazar Ismayilli
//
16 aprel 2016
//
//
Oxunub 453
//
YAP İsmayıllı rayon təşkilatının qərargahında gənclərin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının 1905-1907-ci illərdən başlayaraq zaman-zaman azərbaycanlılara qarşı açıq şəkildə, genişmiqyaslı qanlı aksiyalar həyata keçirməsindən danışıb.
Xalqımıza qarşı qəddarlıqla törədilən cinayətlər
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən
tədbirdə çıxış edən Ramid Qasımov (yazının müəllifi), Bəxtiyar Fərəcov, Pərvanə Piriyeva, Rəhilə Asvarova və başqaları qeyd ediblər ki, iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı aktına uzun illər boyu siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız 1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə qırılması faktını soyqırımı kimi qiymətləndirmək cəhdləri olmuşdur.
Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti birinci olaraq ulu öndər Heydər Əliyev bəyan etdi. O, 1998-ci il martın 26-da bu əlamətdar tarix – Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzaladı. Bu sənəd uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqətləri açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytardı. Bu gün Azərbaycan ədaləti səylə bərpa edir, dahi Heydər Əliyevin həmin Fərmanı isə bu işi daha tam və ardıcıl həyata keçirməyə imkan verir.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!