• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Yazar Ismayilli
//
16 aprel 2016
//
//
Oxunub 565
//
Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin saysız-hesabsız olduğunu görə bilərik. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis üzlü daşnaklar olmuşlar. ”Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışmışlar.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
1918-ci ilin mart-aprel aylarında da belə olmuşdur. Sovet Rusiyasına arxalanan erməni daşnakları öz liderləri Şaumuyanın, Arakelyanın, Saakyanın, Əmiryanın və digərlərinin başçılığı ilə 1918-ci ilin martın 30-31-də tarixə 31 Mart soyqırımı kimi daxil olan qırğınlar törətmişlər.
İlk xəbərlər mart ayının əvvəllərində Şamaxı şəhərindən gəlməyə başlamışdır. Yaxşı silahlanmış ermənilər şəhərdə və kəndlərdə insanlığa yaraşmayan vəhşiliklər törədirdilər. Oxuduğumuz məlumatlara görə, ermənilər evlərə soxulur, talançılıq edir, uşağa, qocaya qadına aman vermir, hamını güllədən keçirirdilər. Həmin günlərdə təxminən 7 min azərbaycanlının həyatına son qoyulmuşdur. Ermənilər bir çox yaşayış sahələrində azərbaycanlıları güllə yağışına tutur, günahsız insanları yerindəcə qətlə yetirirdilər.
Ən dəhşətli qırğın isə Azadlıq meydanında baş vermişdi. Ermənilər şəhərin şimal hissəsindəki məhəllələrdə yaşayan azərbaycanlıların buradakı taxta sirk binasına dolduraraq ağzını bağlamışlar. Onların fikri sirkin binasına od vurub insanları diri-diri yandırmaq imiş.
Lakin burada onlar məkirli niyyətlərinə çatmamışlar. Köməyə gələn qüvvələr günahsız insanları xilas etmişlər.
Həmin qanlı mart günlərində Bakıətrafı kəndlərdə də şiddətli döyüşlər baş vermişdir. Həmin aylarda ermənilər Qubada, Gəncədə, Lənkəranda və digər bölgələrdə də eyni qəddarlıqla vəhşiliklər törətmişlər. Hadisələr martın 31-də kulminasiya nöqtəsinə çatmışdır. Qeyri-bərabər döyüşlərdə 60 mindən artıq soydaşlarımızın həyatına son qoyulmuş, şəhərin azərbaycanlılar yaşayan hissələri tamam dağıdılmışdır.
Ümumiyyətlə, ermənilərin soyqırımı siyasəti Azərbaycan xalqına olmazın fəlakətlər gətirmişdir. Tarixi Azərbaycan torpağı olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1905-1918-ci ildə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1945-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə ermənilər xarici tərəfdarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycanlılardan güclə qoparmaq məqsədi ilə yeni hücum dalğası başladılar. Hərbi münaqişə nəticəsində Dağlıq Qarabağ və ona bitşik ərazilərdə yerləşən Azərbaycan rayonları erməni birləşmələri tərəfindən işğal edilib.
31 mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə də bizim qan yaddaşımıza yazılıb. 1988-ci ildən başlayaraq hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Biz Vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz-bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa çalışmalıyıq.
Mənsubə Vahabzadə

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!